Milli Azərbaycan Tarixi Muzeyinin yeni dizayn və zəngin tərtibatla işlənmiş ekspozisiyasının etnoqrafiya bölməsində ziyarətçilərə müxtəlif mövzularda qurulmuş vitrinlər təqdim olunacaq.
Ümumilikdə muzeyin zəngin etnoqrafik kolleksiyasından 600-ə yaxın eksponat nümayiş olunacaq. Qeyd edək ki, sözügedən bölmə Azərbaycan tarixinin XIX-XX əsrin əvvəllərinə aid atçılıq, misgərlik, hamam mədəniyyəti, toy mərasimi, ipəkçilik, xalçaçılıq və s. mövzularını əhatə edir. Eyni zamanda ziyarətçilər müxtəlif bölgələrimizə məxsus milli geyim nümunələri ilə də tanış olacaqlar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.