Bu gün Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosunda (ATB) Milli Azərbaycan Tarixi Muzeyi ilə turizm əməkdaşlığı mövzusunda görüş keçirilib. Görüşdə Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, Turizm sənayesi sektorunun müdiri Tural İbrahimov, İşgüzar tədbirlər sektorunun müdiri Səmra Quliyeva, Turizm məhsulu sektorunun mütəxəssisi Ülviyyə Səfərova iştirak ediblər. Görüş zamanı muzeyin turizm xətti ilə daha çox ziyarətçi tərəfindən tanıdılması, muzeyin yeni məlumatlarının tez bir zamanda ictimaiyyətə çatdırılması ətrafında danışıqlar aparalıb. Həmçinin mükəmməl, unikal infrastruktura malik olan Milli Azərbaycan Tarixi Muzeyində korporativ işgüzar tədbirlərin keçirilməsi və bu sahədə fəaliyyət göstərən tərəfdaşlarla yaxından çalışmaq məqsədilə növbəti görüşlərin keçirilməsi planlaşdırılıb. Bu məqsədlə muzey ilk dəfə olaraq ATB İşgüzar Tədbirlər Sənayesi Alyansına qoşulma imkanı əldə edib.
Əməkdaşlıq çərçivəsində birgə keçiriləcək layihələr müzakirə olunub və hər iki tərəf müəyyən razılıqlara gəlib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.