Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Fatma Qəniyevanın “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında mühafizə olunan maddi nümunələrin etnik identikliyin formalaşma və qorunmasında rolu” adlı məqaləsi AMEA Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” elmi-praktiki jurnalının yeni sayında nəşr edilib. Tədqiqat zamanı Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun materialları identiklik kontekstində araşdırılmış, zəngin kolleksiyada mövcud olan, müxtəlif şəxsiyyətlərə məxsus musiqi alətlərinə istinad edilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.