21 iyul 2023-cü il tarixində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə ADPU-nun Quba filialında təşkil olunmuş "Vl Beynəlxalq Dədə Qorqud türk tarixi, dili və ədəbiyyatı" konfransı keçirilib. Konfransda muzeyin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Aygün Quliyeva "Etnoqraf, müəllim Həsən Quliyev" adlı məruzə ilə iştirak edib. Müəllif məruzəsində Həsən Aslan oğlu Quliyevin elmi irsi, muzey fəaliyyəti haqqında məlumat vermiş, konfransın sonunda sertifikata layiq görülmüşdür.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.