25-31 avqust 2023-cü il tarixlərində Tacikistan Respublikasının Düşənbə və Gülüstan şəhərlərində “MDB ölkələrinin humanitar inteqrasiyasında rus dilinin rolu” adlı Beynəlxalq Gənclər Forumu keçirilib. Forumda muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı iştirak edib. Tədbirdə bir sıra ölkələrin nümayəndə heyətlərinin çıxışlarından sonra forum iştirakçısı olan dövlətlərin- Tacikistan, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistanın tarixi və mədəniyyətlərini əks etdirən stendlər qonaqların ixtiyarına verilib. Muzeyin əməkdaşı Q.Qafarlı Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri və interaktiv layihələri haqqında forum iştirakçılarına geniş məlumat verib. Böyük marağa səbəb olan nəşrlər qonaqlara hədiyyə edilib.
Həmçinin, muzeyin əməkdaşı tərəfindən maraqlı viktorinalar təşkil olunmuş və viktorina iştirakçıları "Xarıbülbül" gips fiqurlarını rəngləmək kimi interaktiv əl işlərinin hazırlanmasına cəlb olunmuşlar.
Sonda qaliblərə Azərbaycan mədəniyyətini özündə əks etdirən suvenirlər paylanılıb və sertifikat təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.