Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur. 27 sentyabr müasir tariximizin şərəfli günüdür. Həmin gün Ermənistan ordusunun ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, müzəffər ordumuz işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən Müharibəsinə başlayıb. Müharibə zamanı ordumuzun 3000-dən çox hərbi qulluqçusu şəhid olub, min nəfərdən artıq hərbiçimiz yaralanaraq sağlamlığını itirib.
Xatırladaq ki, 2021-ci ilin əvvəlində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi fondu yaradılıb. Hazırda fondda 3251 sayda inventar nümunəsi mühafizə olunur. Muzeydə eksponatların gələcək nəsillərə ötürülməsi, şanlı tariximizin təbliği, əbədiləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Həmin materialların bir qismi 19 may 2021-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş "Anadır arzulara hər zaman Qarabağ” adlı böyük sərgi keçirilmişdir. Qeyd edək ki, ölkədə ilk dəfə keçirilən həmin sərgi Vətən Müharibəsinin iştirakçılarına məxsus olmuş eksponatlar əsasında qurulmuşdur.
Şanlı tariximizi əks etdirən eksponatlar muzeyin yeni qurulan ekspozisiyasında da nümayiş olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.