Milli Azərbaycan Tarixi Muzeyin qocaman əməkdaşı Faidə Abdullayeva 24 sentyabr 1938-ci il tarixində Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı Kitabxanaçılıq Texnikumunda təhsil alıb, 1956-cı ildə həmin texnikumu bitirərək, Azərbaycan Tarix Muzeyində kitabxanaçı vəzifəsində çalışmağa başlayıb. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. 1992-ci ildə muzeyin Kitabxanasının müdiri vəzifəsinə təyin olunmuş və işinin öhdəsindən layiqincə gəlmiş Faidə Abdullayeva ixtisasına yüksək bələd olan bir insan kimi Kitabxanaya müraciət edənlərin, eyni zamanda muzeyin bütün əməkdaşlarının rəğbətini qazanmışdır. Çalışdığı müddət ərzində Faidə Abdullayevanın fəaliyyəti yüksək qiymətləndirilmiş, 2010-cu ildə Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdür.
Faidə Abdullayeva 2013-cü ildə muzeyin “Nadir kitablar” fondunun biblioqrafik göstəricisinin çapdan çıxdığı I cildinin tərtibçilərindən biri olmuşdur. Ömrünün çox hissəsini muzeyə həsr etmiş Faidə xanım muzey əməkdaşlarının yaddaşında işini dərindən bilən və sevən muzey fədaisi kimi qalacaq.
Qeyd edək ki, Faidə Abdullayevanın şəxsi əşyaları ailəsi tərəfindən muzeyin Köməkçi materiallar fonduna təqdim edilib.
Allah rəhmət eləsin!
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.