XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
02 Oktyabr, 2023
Muzeyin əməkdaşlarının məqalələri beynəlxalq indeksli jurnalda dərc olunmuşdur

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşları- elmi işçi Fatma Qəniyeva və kiçik elmi işçi Fəridə Xəlilovanın məqalələri Ulakbim, TR Dizin, ERIH PLUS, Crossref, CEEOL, Index Copernicus, SOBİAD və digər bazalarda indekslənən Vakanüvis- Uluslararası Tarih Araştırmaları Jurnalında (s.1513-1531) nəşr olunmuşdur.

F.Qəniyevanın "Porcelaine of Eastern and Western Households: Similarities and Differences" (Şərq və Qərb məişətində çini qablar: oxşarlıq və fərqlilik) adlı məqaləsində XVI-XIX əsrlərdə dünyanın müxtəlif ölkələrində yaranan çini fabrikləri, onların inkişaf istiqaməti öyrənilmiş, Şərq və Qərb mədəniyyətində çini qabların təsnifatında mövcud fərqliliklər təhlil və tədqiq edilmişdir. Həmçinin, muzeyin fondlarında (Arxeologiya, Etnoqrafiya, Hədiyyələr və Xatirə əşyaları) mühafizə edilən, fərqli tərtibat və dizayn xüsusiyyətinə görə seçilən, müxtəlif dövrlərə aid məişət əşyaları tədqiqata cəlb olunmuşdur.

F.Xəlilovanın "The art of wicker and the role of women in its development in Azerbaijan" (Azərbaycanda həsirçilik sənəti və onun inkişafında qadının rolu) adlı məqaləsində isə Azərbaycanda həsirçilik sənəti, onun türk xalqları ilə bağlılığı araşdırılmış, etimoloji təhlillər aparılmışdır. Tədqiqat zamanı muzeyin Etnoqrafiya fondunda mühafizə olunan bir sıra həsir məmulatının təyinatı öyrənilmişdir.