Xıdır Həsən oğlu Mustafayev 1905-ci ildə İrəvan quberniyasının Gözəldərə kəndində anadan olmuşdur. 1937-1941-ci illərdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil almış və müharibənin ilk günlərində motoatıcı batalyonun komandiri təyin olunmuşdur. Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopol uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş meydanında qəhrəmanlığı ilə fərqləndiyinə görə SSRİ Ali Sovetinin 1944-cü il 10 yanvar tarixli əmri ilə Xıdır Mustafayevə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Xıdır Mustafayev 1945-ci ildə bir müddət Bakı Şəhəri Hərbi Kamendaturasına rəhbərlik etmiş, sonra Azərbaycan SSR Abtomobil Nəqliyyatı Nazirliyində şöbə rəisi, 1 nömrəli Bakı Taksomator Parkının direktoru vəzifələrində çalışmışdır. Xıdır Mustafayev 21 may 1976-cı ildə 71 yaşında Bakıda vəfat etmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Sovet İttifaqı Qəhramanı Xıdır Mustafayevin şəxsi əşyaları qohumu Elxan Rəfiyev tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib. Qeyd edək ki, həmin əşyalar- “Sovet İttifaqı Qəhrəmanı” ordeni, “V.İ.Lenin” ordeni (iki ədəd), “Vətən müharibəsi” ordeni, “Qırmızı əmək bayrağı” ordeni,“Qırmızı ulduz” ordeni (iki ədəd), orden plankası (3 cərgə) “Stalinqradın müdafiəsinə” görə medal, “Almaniya üzərində qələbəyə görə” medal, “SSRİ silahlı qüvvələrinin 50 illiyi” medalı, “Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalı, “Sovet ordusunun və donanmasının 30 illik yubileyi münasibəti ilə” medalı, “Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” medalı, “Hərbi məktəb” nişanı İkinci Dünya müharibəsi tarixinin tədqiqi üçün əhəmiyyətlidir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.