Bu gün, 3 oktyabr Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə yenidən ev sahibliyi etdiyi gündür.
Milli Kosmik sənayenin yaranması Ümumilli Lider Heydər Əliyevin sovet dönəmində hakimiyyətdə olduğu illərə təsadüf edir. Ulu Öndər Heydər Əliyev ölkəmizdə müasir sənaye müəssəsələrinin tikilməsinə, iqtisadiyyatın hərtərəfli inkişafına yönəlmiş tədbirlərin görülməsinə, eləcə də Azərbaycanın beynəlxalq aləmdə tanınmasına nail ola bilmişdir. 50 il bundan öncə, 1973-cü ilin oktyabr ayında ilk dəfə Bakıda Beynəlxalq Astronavtika Federasiyası tərəfindən “XXIV Beynəlxalq Astronavtika Konqresi” keçirildi. Kosmos elminin görkəmli simalarının iştirakı ilə “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi adı altında keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu. Qeyd edək ki, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan sözügedən konqresin ilk plakatı Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda qorunur. Plakat bərpa olunma məqsədi ilə muzeyin Bərpa laboratoriyasına təqdim edilib. Muzeyin bərpaçı-rəssamı Rəvanə Abbasoy tərəfindən eksponat axar suda yuyularaq kir ləkələrindən təmizlənib, uyğun seçilmiş kağıza dublirə edilib, presdə hamarlanıb. Plakatın çatışmayan hissələri bərpa edilərək, eksponata ikinci həyat verilib.
Tarixi əhəmiyyətli bu eksponat muzeyin yeni qurulan ekspozisiyasında nümayiş olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.