XƏBƏRLƏR
16 Oktyabr, 2023
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Şuşada “I Türk Dünyası Mədəniyyət Forumu”nda iştirak edib
13-14 oktyabr tarixlərində Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “I Türk Dünyası Mədəniyyət Forumu” keçirilib. Forumda bir sıra mədəniyyət nümayəndələri, ictimai xadimlərlə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iştirak edib. Forum iştirakçıları və qonaqlar Şuşa Yaradıcılıq Mərkəzini ziyarət edərək “Heydər Əliyev və Qarabağ” adlı sərgi ilə tanış olublar. Şuşanın tarixi yerlərinə ziyarət zamanı qonaqlara erməni vandalları tərəfindən işğal dönəmində məhv edilən mədəniyyət abidələrimiz, eləcə də qədim artefaktlarımızın saxtalaşdırılması barədə məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada tarixi və mədəniyyət abidələrinin genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.