XƏBƏRLƏR
17 Oktyabr, 2023
Muzeyin Elmi Şurasının növbəti iclası keçirilib
Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirildi. İclası giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı şura üzvlərini salamladıqdan sonra muzeyin elmi katibi t.ü.f.d., dosent Sevinc Nəsirova gündəlikdə olan məsələləri elmi şura üzvlərinin nəzərinə çatdırdı.
Sonra muzeyin Eksponatların qorunması və qeydiyyatı üzrə direktor müavini- baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalovanın, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılovanın Moskva şəhərində keçirilmiş “Hacı Zeynalabdin Tağıyev-sənayeçi və mesenat. Şəxsiyyətin rolu” adlı beynəlxalq fotosərgi ilə əlaqədar ezamiyyətləri haqqında hesabatı dinlənildi (fotoslayd müşayiətilə). Şura üzvləri tərəfindən gələcəkdə bu kimi beynəlxalq səyyar sərgilərin keçirilməsi istiqamətində təkliflər bildirildi.
Həmçinin, iclasda qeyd olundu ki, hər il olduğu kimi muzeyin kolleksiyası əsasında müxtəlif mövzularda monoqrafiyalar və kataloqlar üzərində tədqiqatlar aparılır. Gündəlikdəki digər məsələ t.ü.f.d. Günay Çapay qızı Həsənovanın “Azərbaycan xalqının ənənəvi məişət mədəniyyəti (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı monoqrafiyasının çapa məsləhət görülməsi idi. Monoqrafiya elmi aktuallıq kəsb etdiyi üçün Şura üzvləri tərəfindən nəşr olunması qərarı qəbul olundu.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin 2023-cü il üçün iş planında 2-ci yarımillik üzrə verilmiş tapşırıqların icra səviyyəsi barədə müzakirələr aparıldı.
Muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin gördüyü işlərin hesabatlarının və planlarının hazırlanması barədə şura üzvlərinə təkliflərini bildirdi. İllik hesabatların hazırlanması ilə əlaqədar məsələlər müzakirə olundu və hesabatların hazırlanıb təqdim edilməsi haqqında qərar qəbul edildi.
İclas zamanı F.Cabbarov məlumat verdi ki, muzey kollektivinin hazırda əsas fəaliyyəti yeni elmi ekspozisiyanın qurulmasına yönəlmişdir. Hal-hazırda ekspozisiyanın bütün zallarında eksponatların müvafiq vitrinlərdə yerləşdirilməsi başa çatıb, etiketajların hazırlanması və son tamamlanma işləri aparılır. Akademik Nailə Vəlixanlı təqdim edilən mövzularla bağlı tövsiyələrini diqqətə çatdırdıqdan sonra H.Z.Tağıyevin ev-muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi ilə bağlı təkliflərini verdi.
Həmçinin, N.Vəlixanlı qeyd etdi ki, muzeyin əməkdaşları tərəfindən elmi işlərin yazılmasına, kataloqların hazırlanmasına və muzeyin beynəlxalq əlaqələr istiqamətində geniş miqyaslı layihələrin həyata keçirilməsinə diqqət daha da artırılmalıdır.
Yekun olaraq Elmi Şuranın iclası cari məsələlərin həlli istiqamətində müvafiq qərarların qəbul olunması ilə başa çatdı.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.