Bu gün -18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunduğu tarixi gündür.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmiş və bu tarix ölkə ərazisində “Müstəqillik günü” adı ilə qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ildə “Müstəqillik günü” adı dəyişdirilərək "Müstəqilliyin Bərpası Günü" adı verilmişdir.
Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycan Tarixi Muzeynin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı, baş mütəxəssis Qənirə Qafarlı Bakı şəhəri M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Müstəqilliyə gedən yol: Azərbaycan Cümhuriyyətinin varisi Azərbaycan Respublikasının müstəqilliyinin bərpası” adlı mühazirə keçib. Mühazirə zamanı şagirdlər fotoslaydın müşayiəti ilə muzeydə qorunan Azərbaycan Cümhuriyyətinə aid eksponatların fotoşəkilləri ilə tanış olublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.