Azərbaycan Silahlı Qüvvələrinin giziri Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Elyar Vəliyev Qobustan şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Sonra hərbi xidmətə yollanıb və 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olub. Elyar Vəliyev 2020-ci il senytabrın 27-də Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 19 oktyabrda Qubadlıda qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyevə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid Elyar Vəliyevə məxsus şəxsi əşyalar (hərbi gödəkçə, şalvar, baş geyimi, 6 ədəd medalının surəti, sertifikat (3 ədəd), Fəxri fərman və idmanda uğurlarına görə diplom) qorunur.
Təltifləri
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(26.06.2020) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.