18 oktyabr 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeynin Fotoneqativ materiallar fondunun müdiri Afət Kərimova Bakıdakı Rus evində “История создания Национального музея истории Азербайджана” (Azərbaycan Tarixi Muzeyinin yaranmasının tarixi) adlı mühazirə ilə çıxış edib. A.Kərimova çıxışında Azərbaycanın ilk dövlət muzeyi olan Milli Azərbaycan Tarixi Muzeyinin yaranması və 103 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.