Muzeydə “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı növbəti interaktiv və "Xarıbülbülün vətəni - Şuşa" adlı ustad dərsləri keçirilib (ingilis dilində). Davamlı olaraq H.Z.Tağıyevin ev-muzeyində keçirilən növbəti maarifləndirici dərslərdə LANDAU School-un şagirdləri iştirak edib. İki hissədən ibarət olan dərsin birinci hissəsində şagirdlərə məşhur xeyriyyəçi H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edilib. Daha sonra H.Z.Tağıyevin ev-muzeyində ekskursiya aparılıb. Dərsin ikinci hissəsində isə şagirdlər üçün intellektual oyunlar təşkil olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.