XƏBƏRLƏR
01 Noyabr, 2023
Muzeyin qocaman əməkdaşı Gülşən Hacıyeva vəfat edib
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı, əməkdar mədəniyyət işçisi Gülşən Hacıyeva vəfat edib. Gülşən Hacıyeva 10 iyul 1950-ci il tarixində Şamaxı şəhərində anadan olumuşdur. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu, 1981-ci ildə Sankt-Peterburqda Rəssamlıq Akademiyasının İ.E.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib, bərpaçı-rəssam kimi fəaliyyət göstərmişdir. 1987-ci ildə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən “Yüksək dərəcəli bərpaçı-rəssam” adı ilə təltif olmuşdur. 1988-2001-ci illərdə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. 1983-2007-ci illərdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, 2000-2002-ci illərdə Türkiyədə, Mersin Gözəl Sənətlər Universitetində müəllim olmuşdur. 2003-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində bərpaçı-rəssam kimi çalışmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
Muzey əməkdaşlarının sevgisini, hörmətini qazanan və ən əsası muzeyin fəaliyyətində, eksponatların bərpasında mühüm xidmətləri olan Gülşən Hacıyeva daima xatirələrdə işini dərindən bilən və sevən muzey fədaisi kimi qalacaq.
Gülşən Hacıyevanın vəfatı ilə əlaqədar ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.