XƏBƏRLƏR
02 Noyabr, 2023
Muzeydə xarici alimlər tərəfindən Azıx mağarasından tapılmış paleontropoloji tapıntı üzərində tədqiqat işləri aparılıb
Bildiyimiz kimi Azərbaycan Respublikasnın Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev Xocavənd rayonunda yerləşən Azıx mağarasına səfəri zamanı Azərbaycan və xarici alimlərin birgə tədqiqat aparmaları barədə tövsiyələr vermişdir. Bu məqsədlə 2023-cü ildən başlayaraq, müştərək elmi tədqiqat layihəsinə start verilib. Qarabağın paleolit dövrü abidələrinin tədqiqi üçün dəvət olunan xarici alimlər- Danimarkanın Orxus Universitetinin mütəxəssisləri Milli Azərbaycan Tarixi Muzeyində olublar. Alimlər muzeydə qorunan, Azıx mağarasından tapılmış paleoantropoloji tapıntının, azıxantropun alt çənəsinin DNT təhlili üçün nümunələr götürmüşlər. Məqsəd azıxantropun yaşını, cinsini, qida rasionunu, dövrünü və digər paleoantropoloji tapıntılar arasındakı yerini müəyyənləşdirməkdir.
Tədqiqatların nəticələri beynəlxalq elmi jurnallarda nəşr olunacaq.
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...