XƏBƏRLƏR
03 Noyabr, 2023
Muzeyin “Nadir Kitablar” fondunda görkəmli maarifçi Firudin bəy Köçərlinin dəyərli əsəri qorunur
Muzeyin “Nadir Kitablar” fondunda qorunan nəşrlər arasında Azərbaycan müəlliflərinin kitabları əsas yer tutur. Bu nümunələrdən maarifçi, alim, pedaqoq Firudin bəy Köçərilinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı əsərini təqdim edirik. Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq ədib və şairlərimizin böyük bir qismini əhatə edən ədəbiyyat tarixini yazmışdır. 1925-1926-cı illərdə çap edilmiş sözügedən kitab 2 cild və 4 hissədən ibarətdir. “Materiallarda” 129 şairin ədəbi irsi və onlardan böyük bir qisminin tərcümeyi-halı verilmiş, həmçinin əsərləri haqqında orijinal fikirlər söylənmişdir.
Qeyd edək ki, Firudin bəy Köçərlinin bu məşhur əsəri tarixi əhəmiyyətli mənbə kimi bu gün də öz dəyərini qoruyub saxlayır.
2 iyul – Azərbaycanda Polisi Günü qeyd olunur
Bu gün Azərbaycanda Polisi Günü qeyd olunur. Xalqın təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizəd...
Bu gün Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun doğum günüdür
Toğrul Məmməd oğlu Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bü...
YAP Binəqədi Rayon Təşkilatı tərəfindən muzeyə təşəkkürnamə təqdim edilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunmuş Yay məktəbi la...
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...