Milli Azərbaycan Tarixi Muzeyində 8 noyabr - Zəfər Günü, 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar "Zəfər bayrağı" adlı tədbir - ustad dərsi keçirilib. Tədbirdə Bakı şəhəri, Sabunçu rayonu 71 saylı tam orta məktəbin şagirdləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin keçirilməsində məqsəd məktəbliləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı məlumatlandırmaq, şagirdlərdə vətənpərvərlik hisslərini yüksəltməkdir.
Tədbirdə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı çıxış edərək qeyd edib ki, Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunub.
Tədbirin ikinci hissəsində şagirdlər üçün intellektual-əyləncəli oyunlar təşkil olunub.
Sonda Hacı Zeynalabdin Tağıyevin ev muzeyində ekskursiya aparılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.