Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan taririxinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri tarix elmləri doktoru Nərgiz Əliyeva İraqda keçirilmiş “Heydər Əliyev və müasir ərəb İslam Şərqi” adlı beynəlxalq elmi konfransda iştirak edib. Konfransa onlayn qoşulan alim “Tarix elminə milli töhfələr”mövzusunda ərəb dilində məruzə ilə çıxış edib. O, fəal iştirakına və elmi əməkdaşlığa görə “Təşəkkür sertifikatı” ilə təltif olunub.
Qeyd edək ki, Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans İraq-Azərbaycan Dostluq və Əməkdaşlıq Assosiasiyası və Respublika Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.