XƏBƏRLƏR
17 Noyabr, 2023
Muzeydə “Meydan hərəkatı” - Milli Dirçəliş Günü ilə bağlı fotoşəkillər qorunur
Bu gün -17 noyabr Azərbaycanda “Meydan hərəkatı”-Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci ilin noyabrında Qarabağda Topxana meşəsinin qırılmasına etiraz edən xalq Bakıda mərkəzi meydana (indiki Azadlıq meydanı) toplandı. Noyabrın 17-dən etiraz çıxışları fasiləsiz olaraq davam etdi. Meydan hərəkatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Qarabağda anti-Azərbaycan siyasəti yeridən qurumun ləğv olunması, Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi tələbləri irəli sürüldü. Mitinqdə ilk dəfə Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. Bakının mərkəzi meydanına (indiki Azadlıq meydanı) ordu hissələri yeridildi və mitinq dağıdıldı.
Milli azadlıq mübarizəmizin tarixinə “meydan hərəkatı” adı ilə daxil olan bu mühüm hadisə hər il noyabrın 17-si ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd edilir. Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan, qürurverici tarixi hadisəni əks etdirən fotoşəkilləri təqdim edirik.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.