XƏBƏRLƏR
17 Noyabr, 2023
Muzeyə şəhid leytenant Erkin Hüseynovun şəxsi əşyaları təqdim olunub
Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Erkin Ədalət oğlu Hüseynov 12 oktyabr 1998-ci ildə Gəncə şəhərinin Sadıllı qəsəbəsində anadan olub. Erkin Hüseynov Gəncə şəhəri 17 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə daxil olub. 2020-ci ildə həmin təhsil müssəsini bitirib, daha sonra hərbi xidmətə yollanıb. 2021-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə başa vurub və leytenant hərbi rütbəsinə layiq görülüb. 2022-ci il 11 may-15 iyul tarixlərində “Komando” Dağ Təlim Mərkəzində keçirilmiş “Komando başlanğıc kursu”nu müvəffqiyyətlə bitirmiş və “Komando başlanğıc döş nişanı” ilə təltif olunmuşdur. Erkin Hüseynov 2022-ci il sentyabrın 12-də Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Erkin Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna yeni daxil olan şəhid Erkin Hüseynovun şəxsi əşyalarını təqdim edirik.
Şəhid Erkin Hüseynova aid şəxsi əşyalar muzeyin əməkdaşı, Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova vasitəsilə muzeyə təhvil verilib.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.