Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) Yasamal Rayon İcma Əsaslı Reabilitasiya Mərkəzinin valideyn birliyinin dəstəyi və xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv dərs keçirilib. Məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, məktəbdənkənar təhsil müəssisələrinə cəlbi, asudə vaxtlarının səmərəli təşkilidir.
İki hissədən ibarət olan dərsin birinci hissəsində şagirdlərə H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edilib. Dərsin ikinci hissəsində isə intellektual oyun təşkil olunub.
Tədbirin sonunda Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi Milli Azərbaycan Tarixi Muzeyində fiziki məhdudiyyətli insanların rahat və maneəsiz hərəkəti, eksponatlar haqqında məlumatları əldə edə bilmələri üçün bir çox inklüziv layihələrin, xeyriyyə aksiyalarının müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb. Sonra Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) Yasamal Rayon İcma Əsaslı Reabilitasiya Mərkəzinin valideyn birliyinin sədri Zəhra Xələfova qeyd edib ki, belə layihələr uşaqların və onların valideynlərinin cəmiyyətdə daha fəal olmasına, yeni dostlar qazanmasına, ünsiyyətdə olmasına kömək olur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.