Türkiyə Hərb Muzeyinin (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) Bərpa laboratoriyasının əməkdaşı Ayşegül Erdamar Özbeyi Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyası ilə tanış olub. Türkiyəli qonaq bərpa prossesini əyani şəkildə müşahidə edib və laboratoriyanın xalça, tikmə, keramika, qrafika sahələri üzrə fəaliyyət göstərən əməkdaşları ilə qarşılıqlı fikir və təcrübə mübadiləsi aparıb.
Türkiyəli mütəxəssislə görüş xoş təəssürat yaradıb və sonda xatirə fotosu çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.