XƏBƏRLƏR
22 Noyabr, 2023
“Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti”nin yaranmasının 100 illiyinə həsr olunmuş elmi seminar keçirilib
21 noyabr 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti”nin yaranmasının 100 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Seminarda ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllim-tələbə heyəti və muzey əməkdaşları iştirak edib.
Seminarı giriş sözü ilə muzeyin böyük elmi işçisi, ADPU-nun baş müəllimi, t.ü.f.d. Laçın Mustafayev açıb.
Əlamətdar günlə bağlı muzeyin aparıcı elmi işçisi, dosent, t.ü.f.d. Bəhmən Kərimov “Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti”nin fəaliyyəti barədə ətraflı çıxış edib.
Daha sonra t.ü.f.d. Laçın Mustafayev “Milli mədəniyyət abidələrimizin öyrənilməsində Azərbaycanın tədqiq və tətəbbö cəmiyyətinin rolu” məruzəsi ilə seminarı davam etdirib.
Hər iki məruzəçinin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, t.e.d Sevinc xanım Əliyeva, Tarix və coğrafiya fakültəsinin dekan müavini, f.ü.f.d. Paşa Quluzadə və t.ü.f.d., dosent Elvin Əliyev çıxış edərək seminarın əhəmiyyəti və bu mövzudakı araşdırmaların tarix elmi üçün çox dəyərli olacağına dair fikirlərini bildiriblər.
2 iyul – Azərbaycanda Polisi Günü qeyd olunur
Bu gün Azərbaycanda Polisi Günü qeyd olunur. Xalqın təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizəd...
Bu gün Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun doğum günüdür
Toğrul Məmməd oğlu Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bü...
YAP Binəqədi Rayon Təşkilatı tərəfindən muzeyə təşəkkürnamə təqdim edilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunmuş Yay məktəbi la...
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...