XƏBƏRLƏR
23 Noyabr, 2023
Muzeydə “Cənubi Azərbaycanda milli özünüdərk və xalqlar dostluğu məsələsi mövzusunda elmi seminar keçirilib
23 noyabr 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Cənubi Azərbaycanda milli özünüdərk və xalqlar dostluğu məsələsi (“Azərbaycan” qəzetinin 1947-1949-cu il materialları əsasında)” mövzusunda elmi seminar keçirilib.
Seminarda AMEA Fəlsəfə İnstitutunun əməkdaşı dosent Faiq Ələkbərli, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı dosent Yeganə Hacıyeva, Dövlət İdarəçilik Akademiyasının (DİA) baş müəllimi Sahibə Budaqova və muzey əməkdaşları iştirak ediblər. Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dosent Əli Fərhadov “Cənubi Azərbaycanda milli özünüdərk və xalqlar dostluğu məsələsi (“Azərbaycan” qəzetinin 1947-1949-cu il materialları əsasında)” mövzusunda fotoslaydın müşayiəti ilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və verilən suallar məruzəçi tərəfindən cavablandırılıb.
Daha sonra tədbirin qonaqları sözügedən mövzu ilə əlaqədar çıxış ediblər.
Sonda iştirakçılar H.Z.Tağıyevin ev-muzeyini ziyarət ediblər.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.