AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilib. Konfransda muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı , t.ü.f.d., dos. Əli Fərhadov "Nizami Gəncəvi: humanizm, maarifçilik və multikultural dəyərlər" və Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Nurəngiz Qarayeva “Heydər Əliyev kinomuzun hamisi kimi” adlı məruzələrlə çıxış ediblər. Hər iki məruzə maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Konfrans materiallarının nəşr edilməsi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.