Bu gün Azərbaycan SSR xalq rəssamı (1963), SSRİ Rəssamlıq Akademiyasının akademiki (1975), Sosialist Əməyi Qəhrəmanı (1989), Rusiya Federasiyasının xalq rəssamı (1996), Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti (1997) olmuş professor Tahir Salahovun doğum günündən 95 il ötür.
Görkəmli rəssam Tahir Salahov 29 noyabr 1928-ci il tarixində Bakı şəhərində anadan olub. Tahir Salahov 1945-ci ildə Bakıda orta məktəbi, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini bitirib və 1951-ci ildə V.İ.Surikov adına Moskva İncəsənət İnstitutuna daxil olub.
Tahir Salahov nəinki Azərbaycanda, dünya miqyasında böyük şöhrət qazanmış, özünün böyük sənət məktəbini yaratmışdır. Tahir Salahov Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin fəxri ordenlərinə və mükafatlara layiq görülüb. Rəssamın “Səhər eşelonu”, “Rezervuar parkı”, “Neftçi”, “Təmirçilər”, “Qara Qarayevin portreti”, “Xəzər üzərində”, “Abşeron qadınları”, “Bəstəkar Fikrət Əmirovun portreti” və “Aydan” və.s. əsərləri onun zəngin yaradıcılığından xəbər verir.
2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilib. Rəssam Tahir Salahov 2021-ci il 21 may tarixində 92 yaşında Almaniyanın Berlin şəhərində vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, tanınmış rəssam Tahir Salahova məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunur. Rəssamın muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq “416-cı Azərbaycan atıcı diviziyası Taqanroqun azad edilməsi uğrunda döyüşlərdə” adlı əsərini təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.