100 il öncə işıq üzü görən “Şərq qadını” jurnalının bərpaya ehtiyacı olduğu üçün Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasına yönləndirilib. Muzeyin Sənədli mənbələr fondunda qorunan sözügedən jurnalın üz qabığının dağılma ehtimalı olduğuna görə muzeyin bərpaçı-rəssamı Səbinə Əfəndiyeva tərəfindən tam bərpa olunma prosesinə başlanılmış və mexaniki təmizləmə apırlmışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.