Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında Azərbaycan xanlıqlarının bayraqlarının mulyajları yer alır. İctimaiyyətin marağına səbəb olan həmin bayraqlar XVIII əsrə aid Şəki, Gəncə, İrəvan, Bakı, Təbriz və Xoy xanlıqlarının bayraqlarıdır.
Müxtəlif formalı və ölçülü ikiqat parçadan tikilən bu bayraqların hər iki üzündə gümüşü, qızılı ipək saplarla, güləbətinlə işlənmiş nəbati və həndəsi ornamentli təsvirlər var. Hazırlanmasında isə ipək, zərxara, tirmə, atlas, mahud kimi parçalardan istifadə olunmuşdur.
Qeyd edək ki, Azərbaycanın xanlıqlar dövrünə aid sözügedən eksponatlar yaxın müddətdə nümayiş olunacaq .
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.