Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında dulus məmulatı çoxluq təşkil edir. Onların arasında antik dövrə məxsus nümunələr özünəməxsusluğu ilə seçilir. Belə nümunələrdən biri 1965-ci ildə arxeoloq Cabbar Xəlilov tərəfindən Şamaxı rayonunun Xınıslı nekropolundan tapılmış saxsı küpdür. Əldə formalaşdırılmış küpün ağzı qıfşəkillidir və ağzının kənarı ilə gövdəsinin çiyin hissəsini birləşdirən iki çubuq şəkilli yapması var. Yuxarı hissədə həmin çubuqvari yapmalar enlənmiş papaqla tamamlanır, altda isə kürə formasında olan gövdəyə yapılmış iki yarımhalqavari qulpu var. Tapılarkən fraqmentlərdən ibarət olsa da, sonradan muzeyin Bərpa laboratoriyasında bərpa edilərək, hazırki vəziyyətə gətirilmişdir. Küpün bədii tərtibatına və həcminə görə məişətdə istifadə olunması ehtimal edilir və maye saxlamaq, daşımaq üçün nəzərdə tutulub. Bu saxsı qab Azərbaycanın antik dövr məişəti ilə yanaşı, dulusçuların peşə bacarıqlarının səviyyəsi və bədii zövqü haqqında dolğun təsəvvür yaradır.
Qeyd edək ki, sözügedən saxsı küp muzeyin yeni açılacaq olan ekspozisiyasında nümayiş olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.