XƏBƏRLƏR
12 Dekabr, 2023
Yeni ekspozisiyanın Ümummilli lider Heydər Əliyevin hakimiyyət dövrünə həsr olunmuş xüsusi zalını təqdim edirik
Bu gün, 12 dekabr Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatından 20 il ötür. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, dünyaşöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti hər zaman Azərbaycan xalqının qürur mənbəyi olmuşdur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daima xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı, xalqın adət-ənənələrinin zənginləşdirilməsi istiqamətində çox çalışmışdır. Ümumilli liderin bənzərsiz ömür yolu, ictimai-siyasi fəaliyyəti müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil edir.
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında Ulu öndər Heydər Əliyevin hakimiyyət dövrünü əks etdirən xüsusi zal ayrılmışdır.
Qeyd edək ki, sözügedən zalda nümayiş olunacaq dəyərli eksponatlarla yanaşı, həmin dövrü əhatə edən məlumatların və fotoların yerləşdirildiyi sensor sistemli elektron masalar ziyarətçilərin marağına səbəb olacaq.
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...