13 dekabr 2023-cü il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın VII – XIV əsrlər tarixi” şöbəsinin təşkilatçılığı ilə akademik Ziya Bünyadovun 100 illiyinə həsr edilmiş “Akademik Ziya Bünyadov: müharibə və elm cəbhəsinin qəhrəmanı” adlı respublika konfransı keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun əməkdaşı, t.ü.f.d. Aygün Məmmədova “Muzeyə təhvil verilən akademik Ziya Bünyadova aid təltiflər” (həmmüəllif: t.ü.f.d., dosent Sənubər Qasımova) adlı məruzə ilə çıxış edib . Məruzədə akademik Ziya Bünyadovun muzeyin Köməkçi Tarixi Fənn Materialları fondunda qorunan şəxsi təltifləri (medallar, nişanlar, vəsiqələr) barədə fotoslaydın müşayiətilə məlumat verilib.
Konfrans materiallarının nəşri nəzərdə tutulmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.