Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı t.ü.f.d., dos. Əli Fərhadovun "Azərbaycan" qəzetində (1947-1949) İran Azərbaycanının sosial və siyasi məsələlərinə dair" adlı (ingilis dilində ) məqaləsi "Reconstructing the Past: Journal of Historical Studies" adlı beynəlxalq elmi jurnalında (Bakı, 2023, no.4, s.32-50) dərc olunub.
Sözügedən məqalədə dövrün demokratiya və insan haqları uğrunda mübarizə məsələləri təqdim edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.