Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə "Türk Dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış" adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda muzeyin əməkdaşı, Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Əli Fərhadov "Pəhləvilər dövründə dini durum və türk-islam həmrəyliyinə dair (Əli Şəriəti nümunəsi)" adlı məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Konfrans materialları nəşr olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.