Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, elmi katib, t.ü.f.d, dosent Sevinc Nəsirova Şirvanşahların ailə türbəsi haqqında AzTV-yə müsahibə verib. Tədqiqatçı alim müsahibəsində türbədən tapılmış və Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmiş bəzi nümunələri xüsusi vurğulayıb.
Ətraflı keçiddə
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.