AMEA Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunmuş "Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın plenar iclasında Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Ziya Bünyadov – görkəmli mənbəşünas alim kimi” mövzusunda məruzə ilə çıxış edib. Akademik N.Vəlixanlı çıxışında qeyd edib ki, görkəmli alim Ziya Bünyadovun Azərbaycan tarixinin mənbəşünaslığı sahəsində gördüyü böyük işlər müqayisəyə gəlməzdir. Həmçinin, N.Vəlixanlı şərqşünas-alim Ziya Bünyadovun zəngin və çoxşaxəli elmi yaradıcılığı və ictimai-siyasi fəaliyyəti ilə tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr verdiyini vurğulayıb.
Konfrans müxtəlif seksiyalar üzrə davam edib. Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyeva “Azərbaycanın xilafət dövrü tarixşünaslığında Ziya Bünyadov yaradıcılığı” və həmin şöbənin əməkdaşı t.ü.f.d., dos. Əli Fərhadov “Salman Nərimanovun dini, ictimai, maarifçi görüşlərinə dair” adlı məruzələrlə çıxış ediblər. Məruzələr maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
Konfrans materialları nəşr olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.