Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Əməkdar elm xadimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın həqiqi üzvü və vitse-prezidenti (2007), “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuş, Azərbaycanda tarix və şərqşünaslıq elmlərinin inkişafında, eləcə də muzeyşünaslıq sahəsindəki xidmətlərinə görə bir çox mükafatlara layiq görülmüş akademik Nailə Vəlixanlının doğum günüdür.
Muzeyin kollektivi adından Nailə xanımı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, elmi yaradıcılığında, şəxsi və iş həyatında yeni uğurlar arzulayırıq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.