Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin Həmkarlar Komitəsinin təşəbbüsü ilə muzeydə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov, muzeyin Həmkarlar Təşkilatının sədri, t.ü.f.d Bəxtiyar Sayılov çıxışlarında öz xoş arzularını bildirərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə muzeyin əməkdaşlarını təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.