3 yanvar 2024-cü il tarixində Türkiyənin Dərman Preparatlarının istifadəsi haqqında məlumatlılığın təkmilləşdirilməsi və Düzgün dərman qəbulu Federasiyasının (İBGAİD) Prezidenti Prof. Dr. İsmail Balık və həmin müəssisənin nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyində olublar. Qonaqlara H.Z.Tağıyevin ev-muzeyində nümayiş olunan dəyərli eksponatlar barədə ətraflı məlumat verilib. Muzeydən xoş təəssüratlarla ayrılan Prof. Dr. İsmail Balık Türkiyə və Azərbaycan tarixində mühüm yeri olan Milli Azərbaycan Tarixi Muzeyinin “iki dövlət, bir millət” anlayışını yaşatmaq baxımından nə qədər dəyərli olduğunu qeyd edib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.