"Bakı Universitetinin Xəbərləri" jurnalının yeni sayında muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dosent Əli Fərhadovun "XX əsrin I yarısında Cənubi Azərbaycanda ictimai fikir tarixindən: Tağı Ərani nümunəsi" adlı məqaləsi yer alıb (N.1, s.73-84).
Məqalədə qeyd edilib ki, təbrizli filosof, pedaqoq və jurnalist T.Ərani şah rejiminə qarşı mübarizə aparıb, insan haqlarını, sosial-demokrat dövlət quruculuğunu müdafiə edib və nəşr etdirdiyi “Dünya” jurnalı vasitəsilə xalqın maariflənməsinə böyük töhfə verib. T.Ərani öldürülsə də onun ideyaları İranda və Azərbaycanda monarxiya əleyhinə demokratik mübarizəyə ilham mənbəyi olub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.