XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
15 Yanvar, 2024
Bakının baş memarı olmuş polşalı Yuzef Qoslavskinin ölüm günündən 120 il ötür

1904-cü il yanvarın 15-də tanınmış polşalı mühəndis və memar Yuzef Qoslavski Bakıda vəfat etmişdir. 1892-1904-cü illərdə Bakının baş memarı olmuş Yuzef Qoslavski Azərbaycanın paytaxtında bu gün də mövcud olan bir çox mühüm tikililərin, o cümlədən hazırda Milli Azərbaycan Tarixi Muzeyi kimi fəaliyyət göstərən “Tağıyev Sarayı”nın layihə müəllifi olub.