Tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun First News Media (1news.az) saytında Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafik inciləri sayılan çəpkən və çuxanın Cənubi Asiya ölkələrinə təsiri barədə məqaləsi dərc edilib. Məqalədə qeyd olunur ki, astarlı uzun kişi gödəkçəsi şəklində olan, əsasən yüksək vəzifəli məmurların mərasim geyimi, bəyin toy geyimi sayılan “Şirvani” adlı geyim nümunəsi Cənubi Asiya ölkələrində - Əfqanıstandan Şri-Lankaya qədər geniş yayılmışdır.
Ətraflı keçiddə
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.