20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə mühazirə keçirilib. Şöbənin elmi işçisi İlahə Sarıyeva “Hüzn və Qürur günümüz” adlı mühazirəsində ilk olaraq 1990-cı illərdə Azərbaycanın siyasi vəziyyəti ilə bağlı məlumatlar vermiş, daha sonra bu qanlı hadisənin törədilməsində əsas məqsədləri vurğulamışdır.
Eyni zamanda mühazirədə şagirdlərə Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında hazırlanmış “20 Yanvar şəhidləri” kataloqundakı şəkillər də nümayiş olunub.
Mühazirə sual-cavabla yekunlaşıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.