Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsi tərəfindən Bakı şəhəri 189-190 saylı tam orta məktəbdə dəyirmi masa təşkil edilib. Bu məqsədlə muzeyin əməkdaşları- Qənirə Qafarlı və Kübra Dadaşova həmin məktəbdə olublar. Q.Qafarlı şagirdlərə “Qanlı Yanvar: Müstəqilliyə gedən yolda ümumxalq mübarizəsi” mövzusunda mühazirə deyib. Mühazirə zamanı muzeyin müvafiq fondlarında qorunan Qanlı Yanvar şəhidlərinin şəxsi əşyaları, tibbi ekspertiza rəyləri videoçarxla təqdim olunub. Mühazirəçi Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən, Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. Q.Qafarlı, həmçinin həmin vaxt Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirdiyini vurğulayıb.
Sonda şagirdlərlə birlikdə fəal (interaktiv) təlim metodlarından biri olan BİBÖ ( Bilirəm/İstəyirəm bilim/Öyrəndim) üsulunun tətbiqi ilə diskussiya aparılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.