Muzeydə M.Ə.Rəsulzadəyə həsr olunmuş elmi seminar keçiriləcək.
30.01.2024-cü il tarixində saat 11:00-da Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə "M.Ə.Rəsulzadə - 140" adlı elmi seminar keçiriləcək. Muzeyin aparıcı elmi işçiləri - t.ü.f.d., dos. Bəhmən Kərimov "M.Ə.Rəsulzadə Lənkəranda", t.ü.f.d., dos. Əli Fərhadov "M.Ə.Rəsulzadənin yaradıcılığında milli və dini məsələlərə dair" mövzusunda məruzə ilə çıxış edəcəklər.
Arzu edənlər iştirak edə bilər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.