Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dosent Əli Fərhadovun Türkiyədə "Dünya İnsan Bilimleri" beynəlxalq indeksli elmi jurnalında "Cənubi Azərbaycanda Qadın Məsələsi: “Azərbaycan” Qəzetinin
(1947-1949) Materialları Əsasında" adlı məqaləsi dərc edilib (2024, N.1, s.48-56). Məqalədə dövrün qadın şairləri - Hökumə Billuri, Mədinə Gülgün və s. haqqında məlumat verilib, eyni zamanda qəzet materialları əsasında dövrün qadın problemləri təqdim edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.