Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında Özbəkistanın Elm və Mədəniyyət Günləri” adlı tədbirin açılış mərasimi keçirilib.
Tədbirdə Özbəkistanın Mədəni İrsin Öyrənilməsi, Qorunması və Populyarlaşdırılması üzrə Ümumdünya Cəmiyyətinin (WOSCU) layihəsi olan 60 cildlik “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” adlı beynəlxalq multimedia layihəsinin təqdimatı olub.
Tədbiri ilk olaraq Milli Azərbaycan Tarixi Muzeyinin muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini- baş mühafiz, t.ü.f.d, dosent Məhfuzə Zeynalova və WOSCU-un rəsmi üzvü, f.ü.f.d Rustam Jabborov açıb və qonaqları təqdim edib.
Özbəkistan Parlamentinin Qanunvericilik Palatasının (Oliy Məclisinin) vitse-spikeri Akmal Saidov, Özbəkistanın Mədəni İrsin Öyrənilməsi, Qorunması və Populyarlaşdırılması üzrə Ümumdünya Cəmiyyətinin (WOSCU) sədri, Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduxalikov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və başqaları çıxış edərək iki ölkənin və xalqların tarixən qardaşlıq münasibətlərini xüsusi vurğulayıblar.
Daha sonra layihənin tərkib hissəsi olan, Azərbaycanda fəaliyyət göstərən mədəniyyət müəəssələrinin rəhbərləri və əməkdaşları WOSCU tərəfindən beynəlxalq sertifikatla təltif olunublar.
Rəsmi hissədən sonra Özbəkistanın incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Qeyd edək ki, tədbirdən öncə layihəyə uyğun olaraq Milli Azərbaycan Tarixi Muzeyində videoçəkiliş edilmiş, növbəti gün Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutununda “Özbəkistan və Azərbaycan: mədəniyyətlərin dialoqu” adlı dəyirmi masa keçirilmiş və layihə ilə bağlı fikir mübadiləsi aparılmışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.