Bu gün, 28 yanvar “Azərbaycan” jurnalının yaranmasından 101 il ötür. Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən “Azərbaycan” ədəbi-bədii jurnalının ilk sayı Xalq Maarifi Komissarlığının 24 oktyabr 1922-ci il tarixli kollegiya iclasının qərarı ilə 1923-cü il yanvarın 28-də “Maarif və mədəniyyət” adı ilə nəşr olunub. Jurnalın ilk redaktoru görkəmli ədib və maarif xadimi Tağı Şahbazi təyin edilib. Respublikanın ictimai-siyasi və ədəbi-mədəni həyatında baş verən hadisələrlə əlaqədar jurnalın adı 6 dəfə dəyişdirilib, 1923-1927-ci illərdə “Maarif və mədəniyyət ” , 1923-1936 və 1946-1952 -ci illərdə “Revolyusiya və kultura”, 1941-1946-cı illərdə “Vətən uğrunda” və nəhayət 1953-cü ildən bu günə qədər öz məzmun və qayəsinə görə “Azərbaycan” adı altında oxuculara təqdim edilib.
Sözügedən jurnala müxtəlif illərdə yazıçı, publisist Tağı Şahbazi, dövlət xadimi Cəlil Məmmədzadə, publisist, alim Ruhulla Axundov, ədəbiyyatşünas, tənqidçi Mustafa Quluyev və başqa ziyalılıar redaktorluq ediblər.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında “Azərbaycan” jurnalının 1-5 (1945), 1-12 (1946) , 10-12 (1956), 3,4 (1957), 5,6 (1957), 7 (1963), 2 (1973), 8 (1973), 5-6 (1993) nömrəli nüsxələri qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.